Bank

Banklara kiber hücumlar arta bilər: S&P xəbərdarlıq edir

Beynəlxalq reytinq agentliyi S&P Global Ratings-in hesabatına əsasən bank sektoru, COVID-19 pandemiyası səbəbindən yüksəlmiş rəqəmsallaşma və uzaqdan işləmə meylləri nəticəsində kiber cinayətkarların artan riskləri ilə üzləşir.

"Bu günə qədər kiber hücumlar bank reytinqlərinə məhdud təsir göstərmişdir, kiberhücumlar, ilk növbədə bankların nüfuzuna xələl gətirmək və potensial vəsait itkisi yolu ilə maliyyə qurumlarının kredit reytinqlərinə təzyiq göstərə bilər". 

Banklar və digər maliyyə qurumları, kibercinayətkarlar üçün cəlbedici hədəflərdir, çünki qiymətli şəxsi məlumatları saxlayır və xüsusi maliyyə və ya iqtisadi ehtiyacların ödənilməsində, iqtisadiyyatın müəyyən seqmentlərinə xidmət göstərilməsində müstəsna rol oynayırlar. Zəif risk idarəetmə sistemlərinə sahib olan maliyyə qurumları uğurlu kiber hücumlara daha az hazırdır və nəticədə, onların qarşısında daha həssasdır.

Analizin bir hissəsi olaraq S&P-un analitikləri bir maliyyə təşkilatının kiber risklərə necə cavab verəcəyinə və zərərin məhdudlaşdırılması üçün potensial kiber hücumdan sonra necə fəaliyyət göstərəcəyinə diqqət yetirirlər.

Onların fikrincə, əvvəlki kiber hücumlardan öyrənmək və kiber risk idarəetmə sistemlərinin keyfiyyətini yaxşılaşdırmaq son dərəcə vacibdir, lakin prioritet təhlükələrin mahiyyəti dəyişməyə davam etdiyi üçün kiber hücumları düzgün müəyyənləşdirmək və onlara cavab verməkdir.

"Kiber müdafiənin ümumi risk menecmenti və korporativ idarəetmə sistemlərindəki rolunun artmağa davam edəcəyini gözləyirik ki, bu da maliyyələşdirmə xərclərinin artmasına və daha müasir vasitələrin istifadəsinə gətirib çıxaracaq. Lakin bunun bir çox təşkilat üçün problem ola biləcəyini qeyd edirik", deyə şərhdə qeyd ediıir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)