Tenderlər

Miqrasiya Xidməti tenderin nəticələrinə aydınlıq gətirdi

Dövlət Miqrasiya Xidməti elan etdiyi tenderinin nəticələrinə aydınlıq gətirib.

Xidmətdən verilən açıqlamada deyilir:

“Bəzi mətbu orqanlarda Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri-dəqiq göstərilməsi sistemə məlumatların daxil edilməsi zamanı tərəfimizdən xəta baş verməsi ilə əlaqədardır (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi). Məlumatlara sistemdə artıq düzəlişlər edilib. Bununla yanaşı saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapıb”.

Məlumatda deyilir ki, qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləğ 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır: “Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq. Mətbuat nümayəndələrinə bu məsələni anlayışla qarşılamağı və məlumatlarında müvafiq dəyişikliklərin edilməsini xahiş edirik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department