Rusiya Azərbaycanın "Elektron imza"sını tanıyacaq
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Rusiyaya səfəri zamanı bu ölkədən olan həmkarı ilə görüşüb.
"ENA" xəbr verir ki, bu barədə nazir sosial şəbəkə hesabındakı paylaşımında deyib:
"Moskva şəhərində Rusiya Federasiyasının rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri cənab Maksut Şadayevlə görüşdük. İki ölkə arasında “bulud” texnologiyaları, elektron imzanın tətbiqi üçün açıq açar infrastrukturu sahələrində əməkdaşlıq imkanları barədə danışdıq. Qeyd olunan sahələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəldik.".