Sənaye

Bu il Azərbaycan xaricə 7 milyon dollarlıq neft koksu satıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 119 min ton neft koksu ixrac edib.

“ENA”nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 7,1 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə neft koksunun ölkənin ümumi ixracdakı payı 0,1 % olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)