Sosial iqtisadiyyat

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Çexiyanın Nanotexnologiyalar Assosiasiyasının məhsullarının təqdimatına dair videokonfrans keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib.

Məlumata görə, Assosiasiyanın rəhbəri Jiri Kus qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. O, bildirib ki, Assosiasiyanın yaradılmasında əsas məqsəd tekstil sənayesi, biotexnologiya, optik və nanotexnologiya sahələrində fəaliyyət göstərən çex şirkətlərini bir araya gətirmək, həmin şirkətlərin tədqiqatlarını təqdim etmək, həmçinin tədqiqat və ticarət sahələri arasında əməkdaşlığın qurulmasına dəstək göstərməkdir.

AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, Assosiasiya ilə əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə Assosiasiyanın “Ağıllı şəhər”lər üçün tətbiq olunan nümunələri nümayiş olunub.

“ChezTrade”in Bakı ofisinin direktoru Pavel Zelenka çex iş adamlarının Azərbaycanın biznes mühitinə marağı və azərbaycanlı həmkarları ilə əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb.

Videokonfransda AZPROMO və Assosiasiya arasında əməkdaşlıq məsələləri müzakirələr edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department