Qarabağ

Hökuməti Qarabağın bərpası üçün 1.5 milyard dollar dəyərində dövlət sərmayəsi yatırmaq niyyətindədir

“Bəlkə də region və xüsusən də Azərbaycan üçün yeni bir eranın başladığını bilirsiniz. Təxminən 30 illik erməni işğalından azad edilmiş ərazilərin bərpası və inkişafı, o cümlədən zəruri infrastrukturun yaradılması, biznesin inkişafı üçün stimulların yaradılması, yeni nəqliyyat və iqtisadi dəhlizlərin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması bir çox illər ərzində iqtisadi fəaliyyətimizin prioritetləri siyahısında olacaq. Bu tədbirlər, şübhəsiz ki, regional əməkdaşlığın gücləndirilməsinə kömək edəcək”.

ENA.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov  deyib.

Regionun yenidən qurulması həm dövlət investisiyaları hesabına, həm də özəl maliyyə vəsaitlərinin cəlb edilməsi ilə həyata keçiriləcək.

Azərbaycan hökuməti 2021-ci ildə bölgənin bərpası üçün təxminən 1.5 milyard dollar dəyərində dövlət sərmayəsi yatırmaq niyyətindədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)