Axtar

Müştərilərinə daha çox borc verən – BANKLARIN SİYAHISI

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyir ki, ölkədə fəaliyyət göstərən bankların likvidlik problemi yoxdur. Yəni, bankların pulları kifayət qədərdir. Rəqəmlə ifadə etsək, likvidlik əmsalı minimum 30% olduğu halda, hazırda 60-65% təşkil edir. Belə bir dövrdə bankların “yaxşı müştəri” axtarışı daha da ciddiləşib.

ENA.az-ın apardığı araşdırmaya görə, bu sahədə yaxşı işləyən 5 bank kredit portfelini kifayət qədər böyüdə bilib. Pandemiya dövründə iqtisadi fəallığın zəifləməsinə baxmayaraq, 26 bankdan 16-sı müştərilərinə borc verməyə “ürək ediblər”. Beləliklə, kredit portfelinin artımına görə TOP-5 banklar bunlardır: Bank VTB Azərbaycan,  Access Bank, İran Milli Bankının Bakı filialı,  Kapital Bank, Unibank.

Bankların kredit verdiyi ənənəvi sahələrə ticarət sektorunun liderlik etdiyini xatırlasaq, Rusiyanın Azərbaycandakı bankının birinci olması təəccüblə qarşılanmamalıdır. Hazırda Azərbaycanın ən böyük iqtisadi tərəfdaşı olan Rusiya ilə əmttə dövriyyəsi ciddi şəkildə artır və bu da bankın göstəricilərinə də təsir edib.

Kredit portfelinin sürətlə kiçildiyi bankların sıralaması isə daha maraqlıdır:  AFB Bank, Azərbaycan Sənaye Bankı, Xalq Bank. Bu banklar daha çox “sahibləri”nin öz biznesinə pul yönəltdiyi banklardır. Görünür, həmin banklara məxsus şəxsi bizneslərdə “işlər yaxşı getmədiyindən” pul ayıracaq sahələri də yoxdur.   

 

Bankların kredit portfeli üzrə vəziyyəti:

Sırası

Bankların adı

Kredit portfelinin həcmi,    

2021-ci il,

I rüb, min manatla

 

2020-ci ilin eyni dövrü ilə

müqayisə dinamikası

1

Premium Bank

 563 002

-9,8%

2

Unibank

 532 003

+25,5%

3

Rabitəbank

415 005

+14,8%

4

Access Bank

477 002

+61%

5

Muğan Bank

337 617

-8,8%

6

Bank of Baku

256 508

+7,3%

7

Günay Bank

193 001

+16,4%

8

Bank Avrasiya

113 056

+2,3%

9

Yelo Bank

275 497

+0,8% 

10

Bank Respublika

469 358

+8,4%

11

Ziraat Bank

161 565

+10%

12

Xalq Bank

1 390 847

-14,8%

13

Express Bank

208 228

-11,8%

14

Naxçıvan Bank

118 836

+16,4% 

15

Azər-Türk Bank

155 110

-4%

16

Kapital Bank

1 923 352

+26,6%

17

Bank BTB

210 733

-4,1%

18

AFB Bank

124 542

-68,5%

19

Azərbaycan Sənaye Bankı

243 071

-22,3%

20

PAŞA Bank

2 156 596

+20,2%

21

Yapı Kredi Bank

108 614

-15,6%

22

Bank VTB Azərbaycan

102 995

+83,1%

23

Turan Bank

350 272

+3,1%

24

Pakistan Milli Bankının Bakı filialı     

 620

-3,6%

25

İran Milli Bankının Bakı filialı

6 099

+32,1%

26

Azərbaycan Beynəlxalq Bankı

2 405 884

+9,5%

 

 Azərbaycan Mərkəzi Bankının göstəricilərinə əsasən, bankların 2021-ci il I rüb üzrə kredit portfelinin həcmi aşağıdakı diaqramda qeyd edilib. 2020-ci ilin eyni dövrü ilə müqayisəsi qeyd edilib. 2020-ci il ilə müqayisədə 2021-ci ilin I rübündə bankların biznes və istehlak kreditlərində azalmalar, ipoteka kreditlərində isə artım baş verib. 2020-ci ilin aprelin 1-nə olan göstəricidə bankların kredit portfelləri 15,237.7 milyon manat təşkil etmişdisə, 2021-ci ilin eyni dövr üzrə göstərici 14,352.4 milyon manata düşüb. Yəni bir ildə kredit portfelinin həcmi 885.3 milyon manat və ya 5,8% azalıb.

 

Bankların kredit portfelinin strukturu barədə məlumat  (mln. manatla)

Portfelin bölgüsü

31.01.2020

29.02.2020

31.03.2020

31.01.2021

28.02.2021

31.03.2021

    Kredit portfeli, o cümlədən

 

    15,116.4

 

    15,299.0

      15,232.7

      14,213.7

      14,246.1

      14,352.4

 - biznes kreditləri

 

     9,204.7

 

    9,320.0

        9,365.7

        8,456.7

        8,530.7

        8,565.2

 - istehlak kreditləri

 

     4,117.0

 

    4,140.0

        3,997.5

        3,702.6

        3,634.0

        3,680.4

 - ipoteka kreditləri

 

     1,794.7

 

    1,839.0

        1,869.5

        2,054.5

        2,081.4

        2,106.8

 

 

 

 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33