Axtar

“Bolt” taksi xidməti “carsharing” bazarına çıxdı

Estoniyanın “Bolt” taksi xidməti “carsharing” bazarına çıxdığını açıqlayıb. İlk başlarda xidmət yalnız Tallin şəhərində mövcud olacaq, lakin gələcəkdə digər şəhər və ölkələrə genişləndiriləcək.

ENA.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Bolt” 2021-ci ildə Avropada “carsharing” xidmətinin işə başlamasına 20 milyon avro (24 milyon dollar) sərmayə qoymağı planlaşdırır, bu barədə CNBC yazır.

Şirkət “Toyota Yaris”, “Volkswagen Golf” və “Skoda Scala” modelləri daxil olmaqla 500-ə yaxın avtomobil icarəyə verəcək. Qeyd edək ki, icarəyə həmçinin elektromobil də götürmək mümkün olacaq.

Xidmətin dəyəri icarəyə götürülən avtomobilin markasından asılı olacaq. Məsələn, “Toyota Yaris” modelinin icarəsi dəqiqədə 0.07 avroya (saatda maksimum 3.90 avro) başa gələcək. Parkinq və ya benzin üçün pul ödəməyə ehtiyac olmayacaq.

Xatırladaq ki, taksi xidmətindən başqa “Bolt” elektrikli velosiped icarəsi və ərzaq çatdırılması xidmətlərini təklif edir.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33