Neft dəyərini itirir - SON QİYMƏT
Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,91 dollar və ya 1,89% azalaraq 47,26 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,81 dollar və ya 1,42% azalaraq 56,43 dollar təşkil edib.


















