Uorren Baffet varisinin adını açıqladı
Dünyanın ən varlı adamlarından biri olan 90 yaşlı Uorren Baffet varisinin adını açıqlayıb. Milyarderin sözlərinə görə, ondan sonra “Berkshire Hathaway” holdinqinə Qreq Abel rəhbərlik edəcək.
ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Hal-hazırda 58 yaşlı top-menecer “Berkshire”in sığorta olunmayan biznes üzrə vitse-prezidentidir. Baffet hesab edir ki, onun üstünlüklərindən biri yaşdır. O, əfsanəvi investorun varisi kimi nəzərdən keçirilən digər vitse-prezident Ajit Jaindan 11 yaş kiçikdir.
“Onlar iksi də yaxşı uşaqdır”, – deyə Baffet bildirib. İnvestorun 97 yaşlı Çarlz Maqner Abelin şirkətin “mədəniyyətini qoruyacağını” hesab edir. Qeyd edək ki, Qreq Abel və Ajit Jain 2018-ci ildə “Berkshire” holdinqinin vitse-prezidenti olublar. Abel bu şirkətə 1999-cu ildə gəlib.
Bu gün Uorren Baffet dünyanın ən varlı adamları arasında altıncı yeri tutur. Onun sərvəti 103.7 milyard dollar, “Berkshire Hathaway”in kapitallaşması isə 630 milyard dollar dəyərində qiymətləndirilir.
Daha əvvəl “Berkshire Hathaway” holdinqinin “pul yastığının” 145 milyard dollar təşkil etdiyi bildirib.