Azərbaycan Mərkəzi Bankı aktivlərini 13% artırıb
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 25 485,97 milyon manat təşkil edib.
"ENA" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 12,65% çoxdur.
AMB-nin aktivlərinin 18 579,674 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 6,2% çox), 5 615,273 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (illik müqayisədə 30,3% çox), 375,543 milyon manatını Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar (4,3% çox), 399 milyon manatını isə banklara verilmiş kreditlər (47,8 çox) təşkil edib.
2020-ci ildə AMB-nin öhdəlikləri 19% artaraq 23 864,058 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslar və sikkələri 13,8% artaraq 11 839,664 milyon manat, rezident bankların qısamüddətli depozitləri 11,8% azalaraq 2 713,336 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 80% artaraq 4 921,318 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 17,8% artaraq 3 204,953 milyon manat, qurumun balans kapitalı isə 37% azalaraq 1 621,912 milyon manat olub.a