İnşaat və əmlak

Zəlzələdən qurtulmaq üçün “uçan” evlər layihəsi hazırlanıb

Yaponiyanın “Air Danshin Systems” dizayn şirkətinin mütəxəssisləri təbii fəlakətlərin, o cümlədən zəlzələlərin nəticələrinin qarşısını almaq üçün “uçan” evlərin layihəsini təqdim ediblər.

Xarici saytlar yazır ki, yapon ixtiraçıları bütün binanı yerdən qaldıran xüsusi hava yastıqlarını tətbiq etməyə müvəffəq olublar. Belə ki, bina ilə təməl arasında hava yastığı, seysmik sensorlar və təzyiq kompressoru yerləşir.

Yer qabığında baş verən ən kiçik titrəyişlər zamanı belə, təhlükəsizlik sistemi işə salınır və bir neçə saniyə içində yastıq hava ilə dolaraq evi yerdən yuxarı qaldırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)