ABŞ-ın Rusiyadakı səfiri Kremlə çağırıldı
ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Kremlə çağırılıb.
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki, V.Putinin köməkçisi Yuri Uşakov səfiri qəbul edib və ona ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbirlərini tədqim edib.
Qeyd edək ki, aprelin 15-də ABŞ prezidenti Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunması ilə bağlı sərəncam imzalayıb. Sanksiyalar Rusiyanın 32 fiziki və hüquqi şəxsinə, o cümlədən 6 texnoloji şirkətinə tətbiq edilib.