ENA+

Çin iqtisadiyyatının artımı birinci rübdə 18%-i keçib

Epidemioloji vəziyyətin yaxşılaşması və iqtisadiyyatın aktiv şəkildə bərpası fonunda Çinin ümumi daxili məhsulu (ÜDM) 2021-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz artıb.

ENA.az xəbər verir ki, bu barədə məlumat Çinin dövlət statistika bürosunun bu gün dərc etdiyi hesabatda verilib.

“İlkin məlumatlara görə, 2021-ci ilin birinci rübündə Çinin ÜDM-i 24,93 trilyon yuan (3,8 trilyon dollar) səviyyəsində qərarlaşıb. Bu illik göstəricidə 18,3 faiz artım deməkdir”, – statistika bürosunun hesabatında deyilir.

Çin hökuməti 2021-ci ildə ÜDM-in artımının 6 faizi ötəcəyini gözləyir. Ekspertlər isə hesab edirlər ki, artım templəri hətta 8 faizi keçə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)