“Baku Steel Company”də baş verən qəza ilə bağlı açıqlama
“Baku Steel Company” MMC-nin əritmə sexində qəza baş verib.
Məlumata görə, aprel ayının 12-dən 13-nə keçən gecə baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.
MMC-dən “Report”a bildirilib ki, hadisənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb:
“İstehsalatın təhlükəsizliyinin təmin olunması müəssisə rəhbərliyi üçün ən önəmli və prioritet məqsəddır. Bu baxımdan təhlükəsizlik tələblərinə tam əməl olunmaqla, zavod fəaliyyətini normal qaydada davam etdirir”.