ENA+

Merkel peyvənd qeydiyyatını ləğv etdi

Almaniya Kansleri Angela Merkel koronavirusa qarşı peyvənd qeydiyyatını ləğv edib.

Bu barədə “Bild” nəşri məlumat verib. Bildirilib ki, Kanslerin Xristian Demokratik Birlik və Xristian Sosial Birlik blokunun qapalı iclasında iştirak etməsi səbəbindən bu günə təyin olundan peyvənd qeydiyyatı ləğv olunub. Onun İsveç-İngiltərə istehsalı “AstraZeneca” vaksini ilə peyvənd olunacağı planlaşdırılırdı.

Qeyd edək ki, daha əvvəl Almaniya hökumətinin sözçüsü Ulrike Demmer Merkelin yaxın zamanlarda koronavirusa qarşı peyvənd olunacağını açıqlamışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)