Axtar

“Atəşgah”ın mənfəətində 3 dəfəyə qədər artım olub: illik nəticə

2020-ci ilin yekunları üzrə “Atəşgah” sığorta şirkətinin xalis mənfəəti 2,8 dəfə artaraq 3 milyon 349 min manat təşkil edib. 2019-cu ilin yekununda bu rəqəm 1 milyon 177 min 685,7 manat idi. 

“Atəşgah” sığorta şirkətinin maliyyə hesabatına əsasən, 2020-ci ildə gəlirləri 32 milyon 660 min 876,18 manat təşkil edib. Gəlirlərdə sığorta haqları 25 milyon 308,656 min manat paya malikdir və bu ötən ilki ilə müqayisədə 31,4% azdır. İnvestisiya gəlirləri 723,749 min manatdır. 

2020-ci ildə şirkətin xərcləri 28 milyon 696 min 119,06 manatdır. Sığorta ödənişlərinin həcmi 25,3% azalaraq 14 milyon 323,302 min manat olub. Sığorta haqları üzrə qaytarılan vəsaitlər 780,814 min manat, sığorta işinin aparılması xərcləri 10 milyon 141,828 min manat, təkrarsığortaya verilən risklər 2 milyon 701,041 min manat təşkil edib.

“Atəşgah” sığorta şirkətinin vergi ödənilənədək mənfəəti 3 milyon 964 min 757,12 manat, mənfəət vergisi üzrə ödənişləri 615 min 620,98 manat olub.

Ötən il şirkətin aktivləri 9,7% artaraq 36 milyon 814 min 938,04 manata çatıb. Öhdəlikləri 25,1% azalaraq 20 milyon 871 min 903,44 manat, kapitalı 23,5% arataraq 15 milyon 943 min 34,6 manatdır.

2020-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 17,9% azalaraq 10,78 milyon manat edib.

“Atəşgah” sığorta şirkətinin nizamnamə kapitalı 5 milyon 8,5 min manatdır və sığorta haqlarının həcminə görə ilk beşlikdədir. 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33