Azərbaycanda 5 sığorta şirkətinin aktivləri azalıb
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə aktivləri illik müqayisədə az olub.
Bunlar “PAŞA Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Atasığorta”, “Atəşgah Həyat Sığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.
Ən çox azalma “İpək Yolu Sığorta”da (57,1%), ən az azalma isə “PAŞA Həyat Sığorta”da (1%) qeydə alınıb.
Qalan 14 sığorta şirkətinin isə aktivləri artıb. Ən yüksək dinamika “Azərsığorta”da (52,5%), ən aşağı dinamika isə “Günay Sığorta”da (3,8%) qeydə alınıb.
5 sığorta şirkətinin aktivləri 60 milyon manatdan çoxdur
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə aktivləri 60 milyon manatdan çox olub.
Bunlar “PAŞA Həyat Sığorta” (396,256 milyon manat), “PAŞA Sığorta” (223,558 milyon manat), “Xalq Sığorta” (75,466 milyon manat), “Atəşgah Həyat Sığorta” (69,703 milyon manat) və “Azsığorta” (64,246 milyon manat) ASC-lərdir.
Qalan 14 sığorta şirkətindən 12-nin aktivləri 10-55 milyon manar arasında, 2 şirkətin aktivləri isə 10 milyon manatdan azdır.