Axtar

Yerevan mina xəritələrini vermək üçün Bakıya ŞƏRT KƏSDİ

Ermənistan Qarabağda basdırılan minaların xəritəsini vermək üçün şərt irəli sürüb.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında bu məsələyə toxunulur.

Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan jurnalistlərin mina xəritələrinin Azərbaycana verilməməsi ilə bağlı sualına belə cavab verib.

“Azərbaycan erməni hərbi əsirləri hələ də Ermənistana qaytarmayıb”.

Bu açıqlama ilə faktiki olaraq, Yerevan mina xəritələrinin Azərbaycana verilməsini Azərbaycan, Rusuya və Ermənistan liderlərinin Qarabağda hərbi əməliyyatları dayandıran üçtərəfli razılaşmasından sonra bölgəyə gətirilən və terror aktları törədən zaman saxlanılan erməni diversatnların qaytarılmasına bağlayıb.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33