Sosial iqtisadiyyat

Kredit borcuna görə şirkətin əmlakını satırlar

14 may 2021-ci il saat 11.00-da Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 (Özbəkistan küçəsi 1) nömrəli ünvanda “Sumqayıt Dəmir Beton-1” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.

ENA.az xəbər verir ki, gündəlikdəki məsələlərə aşağıdakılar daxildir:

1. “Sumqayıt Dəmir Beton-1” ASC-nin 2020-ci maliyyə ili üzrə maliyyə hesabatına baxılması.
2. “Sumqayıt Dəmir Beton-1” ASC-nin xalis mənfəətinin bölüşdürülməsi.
3. “Sumqayıt Dəmir Beton-1” ASC-nin əmlakının özgəninkiləşdirilməsi, xüsusi əhəmiyyətli əqdin bağlanması və borcların ödənilməsi.
4. Təşkilati məsələlər.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları (materialları) Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 (Özbəkistan küçəsi 1) nömrəli ünvandan əldə etmək olar.
Əlaqə telefonu- (050) 223 41 29.

Səhmdarlar ümumi yığıncaqda iştirak üçün şəxsiyyətini təsdiqləyən sənədi, onların nümayəndələri isə öz şəxsiyyətlərini təsdiqləyən sənədlə birlikdə notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim etməlidirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)