BİZNES

Orxan Səfərov “PAŞA Kapital”ın direktorunun müşaviri təyin edildi

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də yeni təyinat olub.

Məlumata görə, Orxan Səfərov “PAŞA Kapital”ın direktorunun müşaviri təyin edilib.

Orxan Səfərov 2023-cü ilin noyabr ayından 2024-cü ilin avqust ayına kimi “Veysəloğlu Şirkətlər Qrupu”nda Korporativ Hüquq Departamentinin direktoru kimi çalışıb.

Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)