"Xəzər-Lada" ASC səhmdarlarını toplayır
"Xəzər-Lada" ASC-nin səhmdarları 2020-ci ilin nəticələrini mayın 20-də keçiriləcək növbəti ümumi yığıncaqda müzakirə edəcəklər.
"Səhmdarlar Mayın 20-də keçiriləcək növbəti ümumi yığıncaqda illik hesabatı nəzərdən keçirəcək, Təftiş Komissiyasının aktını müzakirə edəcək, idarə heyətinin sədrini seçəcəklər", - deyə şirkət qeyd edib.
2020-ci il üçün dividendlərin ödənilməsi məsələsinə də baxılacaq və kənar auditor təsdiqlənəcək.
Qeyd edək ki, "Xəzər-Lada" ASC 2004-cü ilin noyabrında qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 445,800 manatdır. Şirkətin səhmdarları 151 nəfərdir.