Axtar

Tesladan yeni rekord

Qlobal elektrikli avtomobillər isteahsalçısı Tesla 2021-ci ilin birinci rübünün nəticələrini açıqlayıb.

ENA.az xəbər verir ki, şirkət nəzərdə tutulan 168 min ədədlə müqayisədə daha çox  - 185 min elektromobil təchiz edib. Birinci rübdə həmçinin 180,4 min ədəd elektrikli avtomobil istehsal olunub.

Ən çox satılan modellər Model 3 Sedan və Model Y SUV-lar olmuşdur.

Şirkət daha bahalı modelləri olan Model S sedanlarını və Model X SUV-larını bu rüb istehsal etməyib, sadəcə inventarda olan modellərdən 2020 ədədini təchiz edib.

Tesla bu ildən etibarən Plaid Model X və S markalı lüks biznes sedanlar da dövriyyəyə buraxacağını bildirib. Model S-in qiyməti hazırda Teslanın rəsmi veb səhifəsindəki məlumatlara əsasən 80 min dollarla 150 min dollar arasında dəyişir.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33