Elm və Texnologiya

Azərbaycanın mobil operatoru telefonunu satışa çıxarmağa hazırlaşır

“Bakcell” MMC gələn il mobil telefonunu satışa çıxaracaq.

Bu barədə “Bakcell”in yeni satış mərkəzinin açılışında iştirak edən şirkətin direktoru Nikolay Bekers bildirib.

“Gələn ilin I rübündə mobil telefonumuzu müştərilərə təqdim edəcəyimizə ümidliyik. Telefon bütün müasir funksiyalara malik olacaq, sərfəli qiymət və satış şərtləri ilə insanlara təklif ediləcək”, - deyə o, qeyd edib.

Onu da deyək ki, “Bakcell”in yeni satış mərkəzindən mobil telefon alanlar bu ilin sonuna qədər şəbəkədaxili limitsiz danışıq dəqiqələri və internetə çıxış imkanı əldə edəcəklər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)