Sosial iqtisadiyyat

Azərbaycan Sənaye Korporasiyasında yeni baş inzibatçı təyin edilibda yeni baş inzibatçı təyin edilib

Azərbaycan Sənaye Korporasiyasında  (ASK) yeni təyinat olub.

ENA.az xəbər verir ki, Elxan Məmmədov ASK-nin törəməşirkəti olan “Azərpambıq ASK” MMC-nin baş maliyyə inzibatçısı təyin edilib.

O, 2017-ci ilin dekabrından 2021-ci ilin aprelinə qədər ana şirkət ASK-nin Maliyyə departamenti direktorunun müavini kimi çalışırdı.

“Azərpambıq ASK” MMC 2018-ci ildə yaradılıb və 132.48 milyon manat nizamnamə kapitalına sahibdir . Şirkət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin  tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy),  Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

Bərdə rayonunda da 2 min hektar ərazidə yeni təcrübə-sınaq təsərrüfatının yaradılması nəzərdə tutulub. Cəmiyyət  2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29,0 min hektarda pambıq əkini aparmış və bu günə qədər 49,3 min ton xam pambıq tədarük etmişdir. 2019-cu il üçün 29 min ha sahədə pambıq əkini nəzərdə tutulmuşdur. Tədarük olunacaq xam pambığın həcmi 72 min 500 ton nəzərdə tutulmuşdur. Məhsuldarlığın isə  hektardan 25 sentner olacağı gözlənilir. Emala 72 min 500 ton xam pambıq veriləcək və ondan 27 min 550 ton mahlıc, 35 min 525 ton çiyid, 1449 ton köməkçi məhsullar, 490 ton pambıq yağı, 5 min 390 ton çiyid cecəsi istehsal olunacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)