Tenderlər

“Aztelekom” 5 milyon manatlıq dirək alır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC dəmir (1) və ağac (2) dirəklərin satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"ENA" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Optik Tikinti və Montaj" və “Kim Construction” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 4 233,2 min manat və 1 032,5 min manat, ümumilikdə isə 5 265,7 min manat ödəniləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)