Baş nazir vaksinasiya prosesinin sürətləndirilməsi ilə bağlı tapşırıqlar verib
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında ölkədə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib.
Bu barədə "ENA"ya Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqqında tapşırıqlar verilib.