Sosial iqtisadiyyat

"MilliÖn"də "BakıKart"a ödəniş nə vaxt bərpa olunacaq?

"MilliÖn" ödəniş terminallarındakı "BakıKart" sistemində yeniliklərin tətbiqi ilə bağlı işlər aparılır.

ENA.az xəbər verir ki, bu barədə  həmin terminalların quraşdırılması və texniki dəstəyi ilə məşğul olan "Komtec" şirkətindən bildiriblər.

Şirkətdən qeyd olunub ki, uyğunlaşdırma işləri başa çatdıqdan sonra vətəndaşlar yenidən "BakıKart"ın balansını "MilliÖn" terminallarından doldura biləcək.

Qeyd edək ki, martın 29-da səhər saatlarında Bakı sakinləri "MilliÖn" terminallarından "BakıKart"ın balansının doldurulması zamanı çətinliklərlə üzləşib. (Trend)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)