Bank

“AFB Bank”da yeni təyinatlar olub

Azərbaycan banklarından biri “AFB Bank” ASC-nin İdarə Heyətinin sədrinə yeni müavin təyin edilib.

Məlumata görə, bu indiyə qədər Audit Komitəsinə (AK) rəhbərlik edən Amanova Şədiyyə Mail qızıdır. Bununla da İdarə Heyəti sədri (Orxan Xubanlı) ilə yanaşı, iki üzv olacaq.

Qeyd edək ki, “AFB Bank”ın İdarə Heyətinin sədr müavini olmuş İqbal Rüstəmov bir ay öncə “MilliÖn” ödəniş terminalının sahibi olan “Komtec” MMC-yə transfer olmuşdu.

Bundan sonra bankın Audit Komitəsinə isə Müşviq Şabiyev sədirlik edəcək. M.Şabiyev buna qədər AK-nin üzvi idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)