Elm və Texnologiya

Xiaomi yaxın günlərdə fərdi elektromobilini anons edə bilər

Reuters saytının verdiyi məlumata əsasən Xiaomi şirkəti yaxın zamanda öz elektromobilini anons edəcək. Məlumatda qeyd edilib ki, elektromobilin istehsalı məsələsində Xiaomi Çinin Great Wall Motors adlı avtomobil istehsalçısı ilə əməkdaşlıq edəcək. Qeyd etmək lazımdır ki, daha öncə Great Wall Motors digər şirkətlər üçün avtomobil istehsalı ilə məşğul olmayıb. Lakin buna baxmayaraq o, Xiaomi ilə əməkdaşlığa hazır olduğunu qeyd edib. İnsayderlərin verdikləri məlumata əsasən hər iki şirkət arasındakı əməkdaşlıq müqaviləsinin bağlanması gələn həftənin əvvəlində elan ediləcək.

    Great Wall şirkətinin Xiaomi-yə təkcə avtomobil istehsalında deyil həmçinin avtomobilin yaradılmasında da kömək edəcəyi gözlənilir. Gözləntilərə əsasən avtomobilin istehsalına 2023-cü ildən tez start verilməyəcək. Bu məlumatın ortaya çıxmasının fonunda hər iki şirkətin səhmlərinin qiymətləri 8% yüksəlib. Şirkətlər bu məsələ ilə bağlı rəsmi fikir bildirməyiblər. Qeyd etmək lazımdır ki, Xiaomi-nin avtomobil biznesinə daxil olmaq planları barəsində məlumatlar çoxdandır ki, internetdə ortaya çıxır. Hələ bir neçə müddət bundan öncə Xiaomi rəsmi şəkildə bildirmişdi ki, o hal hazırda avtomobil istehsalı ilə məşğul olmağı planlaşdırmır. Lakin gələcəkdə bu cür ehtimalın olacağını da istisna etmir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)