DTX-də işçilərin ştat sayının həddində dəyişiklik edildi - FƏRMAN
Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularının və DTX-nin sisteminə işə götürülən işçilərin ştat sayının həddində dəyişiklik edilib.
"ENA" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Həmçinin fərmanla DTX-də ali hərbi rütbəli vəzifələrin siyahısında da dəyişiklik olunub.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.