Sənaye

“Azərişıq” Suqovuşanla bağlı 4 milyon yarımlıq müqavilə imzaladı

“Azərişıq” ASC Tərtər rayonunun Suqovuşan yaşayış məntəqəsinin elektrik təchizatına 4,6 milyon manata yaxın vəsait yönəldəcək.

www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, bu məqsədlə "Everest Tikinti" MMC ilə müqavilə bağlanıb. Müqavilənin dəyəri 4 milyon 567,779 min manatdır.

Suqovuşan kəndi 2020-ci il oktyabrın 2-də erməni işğalından azad edilib.

Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.

“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)