Bank

Muğanbank səhm emissiyasına gedir: daha bir "kapital inyeksiyası" olacaq

“Muğanbank” ASC-nin səhmdarları 5 milyon manat məbləğində səhmlərin əlavə emissiya edilməsi yolu ilə bankın nizamnamə kapitalının 4,9% - 107,5 milyon manata qədər artırılması ilə bağlı qərar qəbul ediblər. Bu barədə bankın məlumatında deyilir.

“11 mart 2021-ci il tarixində “Muğanbank” ASC-nin kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə səhmdarların ümumi yığıncağı keçirilib. Yığıncaqda bankın nizamnamə kapitalının 5 milyon manat artırılması qərara alınıb”, - deyə məlumatda bildirilir.

Artım hər birinin nominal dəyəri 200 manat olan 25 min ədəd səhmin əlavə emissiyası hesabına həyata keçirilib.

Hazırda "Muğanbank"ın nizamnamə kapitalı 102,5 milyon manat təşkil edir.

"Muğanbank" ASC 1992-ci ilin noyabr ayında fəaliyyətə başlayıb. Səhmdarları 4 fiziki şəxsdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)