Rəsmi

Rövşən Əkbərovun həbsinin səbəbi məlum olub

Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsinin səbəbləri məlum olub.

O, qəsdən adam öldürmə maddəsi ilə ittiham edilir.

Belə ki, R.Əkbərov bir neçə il bundan əvvəl Ukraynada qətl törədib. Bu iş üzrə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

R.Əkbərovun cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Ona qarşı digər ittihamların irəli sürülüb-sürülməyəcəyi məlum deyil.

Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir Ordu korpuslarının komandanı olub. 2020-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)