Sosial iqtisadiyyat

“YAŞAT”la Türkiyə Silahlı Qüvvələrindəki fondlar arasında protokol imzalanacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını ziyarət edib, ümummilli liderin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklil qoyulub.

Nümayəndə heyəti tərəfindən, həmçinin Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı – Anıtqəbri ziyarət edilib, əklil qoyulub.

Nümayəndə heyəti Anıtqəbir muzeyi ilə də tanış olub, o cümlədən Dövlət Agentliyinin sədri xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) ev sahibliyi əsasında Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüş keçirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department