Xalq Sığorta zərərdən mənfəətə keçdi: illik göstəricilər
"Xalq Sığorta" şirkətinin 2020-ci ilin yekunu üzrə vergiləri ödəməmişdən əvvəlki mənfəəti 8 milyon 60 min 871,81 manat təşkil edib. Lakin şirkət Halbu ki, şirkət 2019-cu ili 17 milyon 656.054 min manat xalis zərərlə başa vurmuşdu.
Onu da vurğulamaq olar ki, Xalq Sığorta, 2020-ci il üçün xalis mənfəətinin həcmini açıqlamayıb.
Audit hesabatı ilə təsdiqlənən şirkətin maliyyə hesabatlarına görə, 2020-ci il üçün Xalq Sığortanın gəliri 38 milyon 441,521 manat təşkil edib. Sığorta haqları 31 milyon 184,7 min manat (2019-cu illə müqayisədə 10% artım), investisiya gəliri - 2 milyon 66,08 min manat təşkil edib. Hesabat dövründə Xalq Sığortanın xalis sığorta ehtiyatları 4 milyon 211.536 min manat olub.
Şirkətin 2020-ci il üçün xərcləri 30 milyon 380.649 min manat təşkil etmişdir. Sığorta ödənişlərinin həcmi 17 milyon 840.317 min manat (2019-cu illə müqayisədə 12.1% artım), sığorta haqlarının qaytarılması - 760.646 min manat, təkrarsığortaya yönəldilmiş sığorta haqları - 2 milyon 321.345 min manat, fəaliyyət xərcləri - 8 milyon 23.481 min manat olub.
Hesabat məlumatlarına görə, 2020-ci ildə şirkətin aktivləri 5,2% artaraq 75 milyon 466,066 min manata, öhdəliklər 14,1% azalaraq 26 milyon 276,879 min manata, kapital 20% artaraq 49 milyon 189,187 min manata çatıb. Şirkətin nizamnamə kapitalı 58 milyon 750,5 min manat səviyyəsində qalıb.
"Xalq Sığorta" Azərbaycanın sığorta bazarında 2006-cı ilin aprel ayından fəaliyyət göstərir və toplanan mükafat həcminə görə ilk 10 sığortaçı sırasındadır. Bir neçə şəxs şirkətin səhmdarıdır.