“Zoom”un təsisçisi 6 milyard dollarlıq səhmlərini hədiyyə etdi
“Zoom Video Communications” şirkətinin təsisçisi Erik Yuan səhmlərinin 40%-ni naməlum şəxslərə hədiyyə edib.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Hədiyyə olunan səhm paketinin dəyəri təxminən 6 milyard dollardır.
E.Yuan 18 milyon ədəd “Zoom” səhmini adı gizli saxlanılan iki şəxsə bağışlayıb.
Bunadək o, 15%-lik səhm paketilə “Zoom”un Direktorlar Şurasında həlledici səsə malik idi. Hədiyyə olunan səhm paketinin şirkət səhmlərinin 6%-ni təşkil etdiyi bildirilir.