Sürücülərin çoxu avtopilot sistemli avtomobillərin istifadəyə verilməsindən qorxur
Amerikalı tədqiqatçılar öyrəniblər ki, sürücülərin böyük hissəsi yollarda pilotsuz avtomobillərin işə salınmasına hazır deyil. Bununla belə onlar avtomoobil idarəsi zamanı sürücüyə yardımçı olacaq müxtəlif sistemlərə qarşı çıxmırlar və bu cür texnologiyaların inkişaf etmələrini gözləyirlər.
Kaliforniya ştatının ABŞ avtomobil assosiasiyasının (AAA) yeni tədqiqatına əsasən sürücülərin 86%-i öz avtomobillərini avtopilot sisteminin aktivləşdirilməsi halında idarə etməkdən qorxur. Sürücülərin yalnız 14%-i düşünür ki, avtopilot sistemi avtomobili A nöqtəsindən B nöqtəsinə çatdırması halında komfortluq yaranacaq.
Eləcə də bax: “Peugeot” loqosunu yenilədi
Maraqlısı ondadır ki, sürücülər heç də bu cür yeni texnologiyalara tam qarşı deyillər. Belə ki, sürücülərin 58%-i sürücüyə yardım üzrə daha təkmilləşdirilmiş texnologiyaları gözləyir. Sürücülərin 80%-i isə bu cür funksiyaların artıq bugün yenilənmələrini istəyir. Lakin avtomobil üzərində idarəetmənin süni zəka sisteminə tam təhvil verilməsi məsələsinə gəldikdə vəziyyət dəyişir. “Çox güman ki, istehlakçılar öz yeni avtomobillərində sürücüyə yardım üzrə yeni funksiyalardan minimum birini əldə edəcəklər. Bir çox hallarda bu, insanların aparıcı avtomobil texnologiyaları ilə ilk tanışlıqları olacaq” - deyə AAA bildrib.
Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber