Vakansiyalar

Yelo Bank işçi axtarır - VAKANSİYA

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Bakı, Gəncə, Lənkəran və Bərdə filialları üzrə İstehlak kreditləri üzrə kiçik/aparıcı/baş mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Consumer Lending_Baku”, “Consumer Lending_Ganja”, “Consumer Lending_Lankaran”, “Consumer Lending_Barda” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Bakı filialları
Vəzifə: İstehlak kreditləri üzrə kiçik/aparıcı/baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial müdiri

Vəzifə öhdəlikləri:

- Bankın Departamentinin təyin etdiyi tarif və şərtlər çərçivəsində kredit məhsulları üzrə xidmətin təşkili;
- Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişləri baxılması üçün müvafiq komitələrə təqdim edilməsi;
- Xidmət zamanı müştəri məmuniyyətinin qorunmasını təmin edilməsi;
- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfeli formalaşdırılması və portfelin idarə edilməsi;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlanması;
- Verilmiş kreditlərin monitorinqinin aparılması.

Tələblər:

- Ali təhsil;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus dilini bilmək arzu olunandır);
- Ünsiyyətcil, təşəbbüskar olmaq;
- Komandada işləmək bacarığı;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq;
- Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Müştəri yönümlülük
- İpoteka bilikləri arzuolunandır.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department