İlham Əliyev Rusiya sülhməramlılarını tənqid edib: "Ora əcnəbilər yalnız bizim razılıqla daxil ola bilər"
“Biz orada hazırda nəyin baş verdiyini bilirdik və bilirik. Müharibə dövründə də, ondan qabaq da bilirdik. Bu, təbii ki, bizə müharibə vaxtı kömək edirdi”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
“Elə indi də kömək edir. Ona görə indi Rusiya sülhməramlıları tərəfindən xarici vətəndaşların Dağlıq Qarabağa gizli buraxılışı istiqamətində fəaliyyətləri görəndə bu, bizdə təəccüb doğurur. Biz Rusiya tərəfi ilə razılaşmışıq ki, ora əcnəbilər yalnız bizim razılıqla daxil ola bilər. Razılaşma da pozulur. Əlavə heç nə deməyəcəyəm, bəlkə, bunu yenə şərh etmək lazım olacaq. Ancaq ora kimin girib-çıxdığını soyadınadək bilirik”, - dövlət başçısı bildirib.