“Muganbank”ın biznes modeli qeyri-sabitdir, banka majoritar səhmdarın köməyi tələb oluna bilər
S&P Global Ratings beynəlxalq reytinq agentliyi “Muganbank”ın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini «ССС+/С» səviyyəsində təsdiq edib.
Eyni zamanda, reytinqlər üzrə proqnoz fondlaşma göstəriciləri və likvidliyin sabitləşməsi səbəbilə “Mənfi”dən “Sabit”ə dəyişdirilib.
“Proqnozun təkrar baxılması son 3 ay ərzində fondlaşma bazası və bankın likvidlik bazasının sabitləşməsinin artımını əks etdirir. Bundan başqa, depozit bazasının stabilləşməsi və Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitin əldə olunması “Muganbank”ın likvidlik göstəricilərinin yaxşılaşmasını şərtləndirib”, - deyə məlumatda vurğulanır.
2021-ci il fevralın 19-na bankın likvid aktivləri 97 milyon manat təşkil edib (ümumi aktivlərin təxminən 15%-i). Bank 2020-ci ilin yanvar ayından 2021-ci il fevral ayına qədər sürətli likvidlik əmsalına requlyativ tələbləri yerinə yetirib. Bu göstərici 2020-ci ilin dekabr ayının əvvəlindən davamlı olaraq 40%-dən yuxarı səviyyədə olub və 2021-ci il fevralın 17-nə requlyativ 30% minimum ilə müqayisədə 77% təşkil edib.
“Hesab edirik ki, depozit bazasının stabilləşməsi hesabına bank likvidliyin kifayət dərəcədə göstəricilərini dəstəkləyə biləcək”.
S&P 2021-ci il aprelin 4-də pərakəndə əmanətlərin tam həmcdə dövlət sığorta proqramının qüvvədə olduğu müddət sona çatdıqdan sonra bankdan depozitlərin mühüm axını proqnozlaşdırmır. “Biz hesab edirik ki, bu tarixdən sonra fiziki şəxslərin sığorta olunan əmanətləri üzrə bir əmanətçi üçün kompoensasiya məbləği 100 min manatadək azalacaq (58,8 min dollara yaxın). “Muganbank”ın depozitlərinin ancaq təxminən 15%-i qeyd olunan həcmi ötür. Belə ki, bu cür depozitlərin bir hissəsi bir-biri ilə əlaqəli olan təşkilatların payına düşür, nəticədə, zənnimizcə, həmin depozitlər əmanətçilərin etimadının itkilərinin az riski ilə bağlıdır”, - məlumatda vurğulanır.
“Muğanbank” 2020-ci il ərzində 2,2 milyon manat məbləğində zərəri əks etdirib.
Bundan başqa, “Muğanbank” 2020-ci ildə gəlirlilik göstəricilərinə mənfi təsir edən depozitlərin axınını azaltmaq üçün depozitlər üzrə dərəcələri artırıb. “Xalis mənfəətin rəqəmi yalnız problemli kreditlərin bərpası ilə əlaqədar ehtiyatların azad edilməsi hesabına müsbət olub. Qeyd edirik ki, bankın MHBS üzrə göstəriciləri ehtiyat uçotuna müxtəlif yanaşmalarla bağlı mühüm dərəcədə zəif ola bilər”, - məlumatda qeyd olunur.
2020-ci ilin sonuna olan vəziyyətə görə, “Muğanbank” tənzimləyicinin kapitalın kifayətliliyinə dair tələblərini yerinə yetirib. Xüsusilə, birinci dərəcəli kapitalın əmsalı 15,3% (requlyativ minimum -5%), məcmu kapitalın kifayətlilik əmsalı 18,7% (minimum 10%) təşkil edib. “Bankın gələcəkdə də requlyativ tələbləri yerinə yetirəcəyini gözləyirik, hətta risk nəzərə alınmaqla təsbih olunan hesabladığımız kapital əmsalının 2021-ci ildə çox aşağı səviyyədə - 1%-ə yaxın qalması ilə bağlı proqnozlarımızı nəzərə alaraq”, - məlumatda vurğulanır.
Likvidlik göstəricilərinin yaxşılaşmasına baxmayaraq, S&P hesab edir ki, “Muganbank”ın biznes modeli qeyri-sabit olaraq qalır və banka majoritar səhmdar tərəfindən kömək tələb oluna bilər.
“Belə başa düşürük ki, yaxın aylarda “Muganbank” gəlirliliyin aşağı göstəriciləri ilə bağlı problemləri nizamlamaq üçün strategiyanı nəzərdən keçirməyi və inkişaf planı hazırlamağı planlaşdırır”, - məlumatda qeyd olunur.
“Muğanbank”ın reytinqləri üzrə “Sabit” proqnoz Azərbaycanda makroiqtisadi vəziyyətin yaxşılaşmasının bankın sabitliyinin dstəklənmıəsinə imkan yaradacağına dair gözləntiləri əks etdirir və bank yaxın 12 ay ərzində müştərilərin depozitlərinin mühüm dərəcədə axınına imkan verməyərək likvidliyin kifayət səviyyədə göstrəricilərini dəstəkləyə biləcək.
Səhmdar və ya son instansiya kreditor kimi Mərkəzi Bank tərəfindən dəstəklə vaxtında və tam həcmdə kompensasiya olunmayan depozitlərinbərpa olunan axını nəticəsində likvidlik göstəricilərinin zəifləməsi halında agentlik yaxın 12 ay ərzində bankın reytinqlərini endirə bilər.
Eyni zamanda, agentlik yaxın 12 ay ərzində müsbət reytinq fəaliyyəti göstərə bilər, əgər bank aşağıdakıları nümayiş etdirərsə: uzun müddət ərzində adekvat likvidlik göstəricilərinin dəstəklənməsi; 2021-ci ilin aprel ayında mövcud əmanətlər barəsində tam zəmanətin müddəti sona çatandan sonra pərakəndə depozitlərin sabitliyi; ötən dövrlərdə yığılmış problemli kreditlərin gələcəkdə azalması yolu ilə aktivlərin keyfiyyətinin yaxşılaşdırılması; mənfəətin böyük həcminin qorunması və (və ya) kapital əlavə olunması hesabına kapitallaşma göstəricilərinin möhkəmlənməsi; mənfəətli və davamlı biznes modelə keçidə yönələn yeni ortamüddətli strategiyanın səmərəliliyi.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları 4 fiziki şəxsdir.