Bank

Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu

Bu gündən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında interçeync üzrə xidmət haqqı tarifləri ilə bağlı qərar qüvvəyə minib.

Ölkə daxilində ödəniş kartları ilə aşağıda göstərilən MCC kodları üzrə aparılan əməliyyatlarda ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeync tarifinin yuxarı həddi aşağıdakı kimi müəyyənləşdirilib.

MCC kodu — təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən həmin subyektə təyin edilən koddur.

VWHJUijNxuypryDDmch9fMLJvpgL4kufFOaTkyiy 640 1

“Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;

“Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;

“General” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.

Nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.

Qərar martın 18-də Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən imzalanıb.

Qeyd edək ki, interçeync (interchange) nağdsız ödənişlər zamanı kartı buraxan bank (emitent) və ödənişi qəbul edən bank (ekvayer) arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır. Bu vəsait adətən satıcının banka ödədiyi xidmət haqqından (ekvayrinq) banklar tərəfindən bölünür və loyallıq proqramları (keşbek) üçün istifadə olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)