AMB-nin valyuta əməliyyatlarından gəliri 25 %-ə yaxın artıb
2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyuta əməliyyatlarından 1,521 milyon manat gəlir əldə edib.
ENA.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 24,9 % çoxdur.
Həmin il qurum xarici valyuta əməliyyatlarından 1,218 milyon manat gəlir əldə edib.

















