Eqoist və davakar insanlar işdə daha müvəffəqiyyətli olurlar?
Populyar mədəniyyətdə belə bir inanc var ki, uğurlu insanlar … başqalarında çox da xoş təəssürat yaratmırlar. Bundan əlavə, filmlərdə və televiziyada müdirlərin aqressiv və zəhlətökən ampluada təqdim edildiyini görürük. Və bizə elə gəlir ki, uğura nail olmaq üçün nəzakəti unutmalıyıq və yalnız özümüzü düşünməliyik.
Lakin bəlkə də bu stereotip reallığı əks etdirmir. PNAS-da dərc olunan yeni araşdırmada Kaliforniya Universitetinin və Kolbi kollecinin alimləri bunu sübut edə bildilər. Onlar on dörd il ərzində insanları izlədilər və ən çox “zəhlətökən” (çoxumuzun daxil olmaq istəmədiyi insan kateqoriyası) olanların həyatında baş verənləri analiz etdilər.
Alimlər eqoist, aqressiv və manipulyasiyalara meylli olan insanların işdə heç bir üstünlüyü olmadığını müəyyən etdilər. Belə davranışın heç bir fayda gətirmədiyinə görə deyil – sadəcə müsbət və mənfi təsirlər bir-birini neytrallaşdırır.
Tədqiqatın əvvəlində Kemeron Anderson və onun həmkarları 457 universitet tələbənin “böyük beşlik” xüsusiyyətini qiymətləndirdilər. On dörd il sonra bu keçmiş tələbələr artıq aktiv iş fəaliyyəti ilə məşğul idilər. Komanda onların təşkilatdakı nüfuzlarını, o cümlədən iş zamanı nə qədər aqressiv, tənqidi, diplomatik və ya eqoist olduqlarını müəyyən etdi.
Birinci testdə xoşagəlməz şəxsiyyət olaraq təsnif edilənlər yaşından, cinsindən və etnik mənsubiyyətindən asılı olmayaraq daha böyük gücə sahib deyildilər. Bu, eqoistliyin və aqressiyanın yüksək hökmranlığa və ya nailiyyətlərə gətirib çıxarmadığını göstərir.
İkinci tədqiqatda digər qrupun iş yerindəki davranışı nəzərdən keçirildi. Ümumilikdə davranış dörd kateqoriyaya bölündü: dominant davranış (məsələn, “vacib hədəflərə çatmaq üçün başqalarına təzyiq göstərməyə hazıram”), diplomatik davranış (məsələn, nüfuzlu insanlarla ittifaq qururam”), sosial davranış (məsələn, “başqalarının rifahı ilə maraqlanıram”) və müdrik davranış (məsələn, “komandanın uğuruna mühüm töhfə verirəm”).
Həmkarların reytinqləri yalnız bir-birinin nəticələri ilə deyil, həm də iştirakçıların öz qiymətləndirmələri ilə üst-üstə düşdü ki, bu da özünüqiymətləndirmənin kifayət qədər dəqiq olduğunu göstərir. Nəticələr daha dominant, diplomatik, sosial və müdrik nümayiş etdirənlərin daha yüksək mövqeyə sahib olduğunu müəyyən etdi. 14 il əvvəl daha ekstravert olan insanlar bu kateqoriyaların hər birinə düşdülər və daha böyük nüfuz qazanmaq üçün “doğru” hərəkət etdiklərini bildirdilər. Bununla belə, “zəhlətökən” xarakterə sahib olanlar əsasən dominant (nadir hallarda sosial) yönümlü davranış nümayiş etdirdilər.
Doğrudur, dominant davranış işçini müəyyən dərəcədə irəliyə apara bilər, lakin bu prosesin vacib hissələrindən biri də sosial yönümlü hərəkətlərdir. Əgər xoşagəlməz insansınızsa, eqoizm sizin nüfuzunuzu artırsa da, səxavətin və xeyirxahlığın olmaması əldə etdiyini nəticəni bütünlüklə məhv edəcək.
Müəyyən şərtlər altında hər şey fərqli ola bilər. Məsələn, sosial davranışın qiymətləndirilmədiyi və ya xüsusilə faydalı olmadığı yerlərdə “zəhlətökən” insanların lider vəzifələrini tutma ehtimalı daha yüksəkdir.
Gələcək araşdırmalarda əks sualı vermək olar: rəhbər vəzifələri tutan insanlar daha eqoist və xoşagəlməz olurlarmı? Bu keyfiyyətlər onlara mövqelərini qoruyub saxlamağa kömək edirmi? Bəlkə də güc onları pozur. Lakin bütün bunların aqressiya və “yaxşı oğlanların” sonuncu sırada finişə satması haqqında stereotipin olduğu üzə çıxa bilər.