Axtar

Resant Group işçilər axtarır - MAAŞ 900-1500 MANAT

Camaşırxana şöbəsinin müdiri (Otel)

Əsas vəzifə və öhdəliklər:

• Camaşırxananın fəaliyyətinə nəzarət edilməsi, həmin fəaliyyətin müəyyən edilmiş standartlara və təsərrüfat işləri üzrə müdirin təlimatlarına əsasən və ya onun köməyi ilə davam etdirilməsi üçün məsuliyyət daşıyır.
• İşlərin necə icra etmək lazım olduğunu yaxşı bilir və əlaqədar keyfiyyət meyarlarından xəbərdardır.
• Camaşırxananın ardıcıl və problemsiz gündəlik fəaliyyətinin təşkili üçün məsuliyyət daşıyır.
• Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanması, uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.
• Təsərrüfat işləri üzrə müdirlə inventarizasiya aparır və bu inventarizasiyaya əvvəlcədən hazırlıq görür.
• Camaşırxana inventarını yoxlayır, camaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.
• Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsullarla istifadə edir.
• Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini verir, sifarişini yazılı olaraq qrup rəhbərinə təqdim edir.
• Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.
• Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır, lazım olarsa bu işlərdə özü də iştirak edir.
• Camaşırxanadakı qurğu və avadanlıqları düzgün (onların işlədilməsinə aid təlimatlara uyğun olaraq) işlədə bilir, camaşırxana işçilərinin də bu qurğu və avadanlıqları necə işlətməsinə nəzarət edir.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Namizədə qarşı tələblər:

• Ali və ya orta ixtisas təhsilli
• Camaşırxana və ya təmizlik sahəsində ən azı 5 illik iş təcrübəsi
• Stress altında işləmə bacarığı
• Kimyəvi maddələrlə işləmə bacarığı

İş Şərtləri:

• İş vaxtı: həftədə 6 gün;
• Əmək haqqı: 1000-1500 AZN (müsahibə zamanı təyin olunur)

Maraqlanan namizədlər mövzu yerində “Camaşırxana şöbəsinin müdiri” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.

***

Front Office Manager

Vəzifə öhdəlikləri

• Bütün ön büro siyasəti və prosedurlarına riayət olunmasını təmin edir;
• Qonaq məmnuniyyətini təmin edir və işçilərin səlahiyyətlərinə uyğun olaraq problemləri həll edir;
• Ön büro işçilərinin seçimində iştirak edir. Şöbəyə rəhbərlik edir və motivasiya verir, gündəlik əlaqə qurur;
• Ön büro işçilərinin növbə cədvəllərini tərtib edir;
• Ön büro işlərini planlaşdırır;
• Otaq vəziyyəti haqqında dəqiq məlumatın qorunub saxlanıldığını və düzgün şəkildə çatdırıldığını yoxlayır;
• Qonaq problemlərini tez, səmərəli və nəzakətlə həll edir;
• Bütün nağd pul, çek nağdlaşdırma və kredit siyasətini tətbiq edir;

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Namizədə bağlı tələblər

• Otel təcrübəsi mütləqdir;
• MS Office, Elektra proqramlarını əla səviyyədə bilməli;
• Azərbaycan, Rus, İnglis dillərini əla səviyyədə bilməli;
• Məsuliyyətlik, gülərüzlülük, operativlilik, pozitiv və ünsiyyətcil olmaq.

İş Şəraiti:

• İş vaxtı: həftədə 6 gün;
• Nahar şirkət tərəfindən verilir;
• Servis ilə təmin olunur,
• Əmək haqqı: 900-1200 AZN.

Maraqlanan namizədlər mövzu yerində “Front Office Manager” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33