Sosial iqtisadiyyat

Oksigenlə zəngin hava şəraiti gözlənilir

"Fevralın 26-dan sonunadək ölkə ərazisi nisbətən yüksək təzyiq sahəsinin təsiri altında olacaq. Oksigenlə zənginləşən əsasən yağmursuz, mülayim küləkli hava şəraiti üstünlük təşkil edəcək".

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "ENA"a bildirib ki, havanın temperaturu ötən günlə müqayisədə yüksələcək və gündüz saatlarında paytaxtda 4-8 dərəcə isti olacaq.

O qeyd edib ki, bu gecə havanın temperaturu 0-1 dərəcə şaxta olsa da, fevralın 27-28-də gecə saatlarında mənfi temperatur gözlənilmir: “Rayonlarda da fevral ayının 28-i axşamadək hava mülayim, əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə duman olacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)