Sosial iqtisadiyyat

FHN xəstəxanasında çalışanlar əməkhaqlarının verilməməsindən şikayətçidirlər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Xəstəxanasında çalışmış bir qrup şəxs xəstəxananın qarşısına toplaşıblar.

Məlumata görə, onlar əməkhaqlarının verilməməsindən şikayətlənirlər.

Həmçinin onlar qanunsuz olaraq işdən çıxarıldıqlarını və istirahət günlərində çalışdıqlarını da deyiblər.

FHN-in Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva jurnalistlərə bildirib ki, yaxın günlərdə şikayətçilərin maaşları veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)