Axtar

“Zəfər yolu”nun istifadəyə veriləcəyi tarix açıqlandı

“Zəfər yolu” adlandırılan, Bakı-Hacıqabul-Mincivan avtomobil yolunun Füzulinin Əhmədbəyli kəndindən Şuşaya gedən 101 km yolun torpaq yatağı artıq hazırdır”.

“ENA” xəbər verir ki, bu barədə “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov bildirib.

O qeyd edib ki, yolun 61 km-lik hissəsi minadan təmizlənməyib, yalnız 6-7 metrlik yol hissəsi minadan təmizlənib. Hazırda ərazidən minalar təmizləndikcə yolun tikintisi təmin edilir. Avqustun sonunadək istismara veriləcək. Alternativ olaraq, Əhmədbəyli kəndindən Horadiz istiqamətində yeni yolun tikintisinə başlanılıb. Sıfır km-11,5 km-dək yol yatağı artıq hazırdır. 

Füzulidəki yeni hava limanı istiqamətində də alternativ yol çəkilir.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33