Ermənistan XİN başçısı istefa ərizəsi yazıb
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan istefa ərizəsi yazıb.
ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, nazir ərizəsini baş nazir Nikol Paşinyana təqdim edib. Hazırda onun əvəzinə nazir postuna yeni namizəd axtarılır.
Xatırladaq ki, Ara Ayvazyan 2020-ci il noybarın 18-də XİN rəhbəri təyin olunmuşdu.