Bitkoin rekordları qırmaqda davam edir: kapitallaşma trilyona çatdı
Bitkoinin kusru rekordları qırmağa davam edir və kriptovalyutanın kapitallaşması 1 trilyon dollara yaxınlaşır.
CoinDesk-in bugünə olan məlumatına görə, bitkoin əvvəlki seansın bağlanışından sonra 1,2% artaraq 52 min 682 dollara qədər bahalaşıb.
Bitkoinin kapitallaşması, 2021-ci ilin əvvəlindən bu yana təxminən 440 milyard dollar artaraq 979,9 milyard dollara çatıb. Bitkoinin dəyərindəki sürətli artım, institusional investorların, eləcə də investorların bazarda iştirak etmək fürsətini əldən vermələri ehtiyatından irəli gəlir.
Bu ayın əvvəlində Tesla Inc. 1.5 milyard dollarlıq bitcoin satın aldığını, Business Intelligence MicroStrategy Inc isə bitkoinə investisiya yatırmaq üçün 900 milyon dollar konvertasiya olunan istiqraz yerləşdirməyi planladığını açıqladı.